Dortmund “Borussiya”sından ayrılan Marko Roys karyerasını ABŞ-də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, alman futbolçu “Los Anceles Qalaksi” ilə razılaşıb. Bu barədə TMW məlumat yayıb. Roys ilə müqavilə 2025-ci ilin sonuna kimi olacaq.
35 yaşlı futbolçu yaxın günlərdə ABŞ-yə gedərək, tibbi müayinədən keçəcək.
Roys 2012-ci ildən “Borussiya”da çıxış edirdi. O, bu yay klubla müddəti başa çatan müqaviləni uzatmayıb və hazırda azad agentdir.