“Borussiya”nın futbolçusu Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, onunla yeni müqavilə imzalanmayacaq.
Yarımmüdafiəçi 2012-ci ildən “Borussiya”da çıxış edir. O, bu müddət ərzində 424 oyunda 168 qol vurub, 128 məhsuldar ötürmə edib.