“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin Markus Reşford haqda danışıb.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əfsnəsi 27 yaşlı hücumçunun məşq prosesini qınayıb:
“Düzgün məşq etməyən futbolçuların nə etmək istədiyini başa düşə bilmirəm. Əgər o, ayrılmaq istəyirsə, gedəcəyi yeni klubda da yaxşı performans nümayiş etdirmək üçün çox məşq etməlidir. Həmçinin Mançesterdəki oyununu zirvədə qoyub tərk edərkən layiqli münasibət görmək üçün çalışmalıdır. İndi isə o, sadəcə utanmalıdır”.
Qeyd edək ki, “Mançester Yunayted”dən ayrılacağı gözlənilən ingiltərəli forvardın klubla hazırki müqaviləsi 2028-ci ilin yayına kimidir.