Rossi: “Yaxşı mübarizə apardıq”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/2 final mərhələsinin cavab oyununda “Bayer”lə heç-heçəni (2:2) (ü.h. 2:4) şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandasının yaxşı oyun keçirdiyini qeyd etdi:

“Yaxşı mübarizə apardıq. İlk 25 dəqiqdə istədiyimiz alınırdı. İki gün əvvəl “Yuventus”a qarşı çətin oyun keçirmişdik. Bunun nəticəsidir ki, futbolçular fiziki və psixoloji cəhətdən yorğun idilər. Qalib gəlməyə yaxın idik, amma olmadı. Hər şeyə yenidən başlamaq lazımdır”.

“Bayer” finalda “Atalanta” ilə qarşılaşacaq. Matç mayın 22-də Dublində keçiriləcək.