Rossi: “Almaniyaya məğlub olacağımızı bilirdim”

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2024-ün qrup mərhələsində Almaniyaya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Peşman olacaq nəsə yoxdur. Səhv etdik və bu, hamıda olur. Almaniya kimi komandalar bizdən daha yaxşı oynayırlar.

Onların favorit olduğunu bilirdik. Oyunçularım nizamı pozmadılar və yaxşı mübarizə apardılar. Buna görə qürur duyuram. Almaniyaya məğlub olacağımızı bilirdim”.

A qrupunda Almaniya ilə yanaşı, Şotlandiya və İsveçrəylə mübarizə aparan macarların xalı yoxdur. Almaniya 6 xalla lider, İsveçrə isə 4 xalla ikincidir. Şotlandiya millisinin aktivində 1 xal var.