Ronaldoya sərt sözlər: “…vecimə deyil”

İtaliyalı keçmiş futbolçu Antonio Kassano portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda danışıb.

Futbolpress.az xəbər verir ki, sabiq yarımmüdafiəçi Ronaldonun yaxşı futbolçu olmadığını deyib:

“Ronaldonun necə oynadığını bilmirəm. Karyerasında 3000 qol vursa da, vecimə deyil. Qonsalo İquayn, Serxio Aquero, Kərim Benzema, Zlatan İbrahimov, Luis Suares və s. bu adamlar komanda yoldaşları ilə necə əlaqə quracaqlarını yaxşı bilirdilər. Bu oyunçular fərqi şeylər edə bilirlər. Amma Ronaldonun tək məqsədi qol vurmaqdır”.

Hazırda “Əl Nəsr”də çıxış edən Ronaldo karyerası ərzində 902 qol vurub.