Ronaldo Nazario 2026-cı ildə Braziliya Futbol Konfederasiyasına (CBF) rəhbərlik etməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, braziliyalı sabiq futbolçu konfederasiyaya rəhbərlik etməklə yanaşı hazırda “Mançester Siti”ni çalışdıran Pep Qvardiolanı da milli komandanın baş məşqçi postuna gətirmək istəyir. Qvardiola bu plandan xəbərdardır, lakin hələ ki, cavab verməyib. İspaniyalı çalışdırıcı istirahət etmək qərarına gəlsə, yenə də Braziliya millisinə rəhbərlik edə biləcək.