Ronaldonun qolları üç xal gətirdi

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl Hilal”a qalib gəlib – 3:1.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”İn qollarını Ronaldo (2) və Əli Al Hassan vurub. “Əl Hilal”da isə Abdulla Əl Əli fərqlənib.

Ronaldo dubl etməklə karyerasının 930 və 931-ci qollarını vurub.

“Əl Nəsr” 54 xalla 3-cüdür. “Əl Hilal” isə 57 xalla 2-ci pillədə qərarlaşıb.