Ronaldonun komandası ona əmanət

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr”in yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin sükanı Stefano Pioliyə tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Pioli ilə razılıq əldə edilib və yaxın zamanda təyinat rəsmiləşəcək.

Stefanonun son ünvanı “Milan” olub. Mütəxəssis “Əl Nəsr”də dünən istefaya göndərilən Luiş Kaştronu əvəzləyəcək.

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 3 turdan sonra 5 xalla 7-ci sıradadır.