Ronaldonun komandası La Liqaya yüksəldi

Braziliyalı keçmiş hücumçu Ronaldonun sahibi olduğu “Valyadolid” İspaniya La Liqasına yüksəlib.

Futbolpress.az xəbər verir ki, komanda Sequndada 41 turdan sonra 72 xalla birinci sıradadır və sona bir tur qalmış elitaya vəsiqəni təmin edib. “Valyadolid” 3-cü sıradakı “Eybar”ı 4 xal qabaqlayır.

Komanda 2022/2023 mövsümündə La Liqanı tərk etmişdi.