Ronaldonun komandası autsayderlə bacarmadı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 33-cü turda səfərdə “Əl Riyad”la qarşılaşıb. 4 qolun vurulduğu matç bərabərliklə başa çatıb.

Ronaldo görüşdə sona qədər oynayıb, ancaq fərq yarada bilməyib.

“Əl Nəsr” çempionatda 79 xalla ikinci sıradadır. “Əl Riyad” isə 15-ci pillədə qərarlaşıb.