Ronaldonun DÇ-2026 arzusu

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq istədiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə forvard özü açıqlamasında bildirib. O, “2026-cı ildə keçiriləcək dünya çempionatında oynayacağımı düşünürəm” deyib.

Portuqaliyalı Ronaldo Avro-2024-də qol hesabını aça bilmədi. Onun komandası 1/4 finalda Fransaya məğlub olaraq (0:0, penaltilər 2:4) mübarizəni dayandırıb.