Ronaldonun Çempionlar Liqası arzusu

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo yenidən Çempionlar Liqasında oynamaq istəyir.

Futbolpress.az xəbər verir ki, UEFA tərəfindən turnir tarixinin bombardiri olaraq mükafatlandırılan portuqaliyalı hücumçu mükafatlandırma mərasiminda bu haqda danışıb:

“Çempionlar Liqası hər oyunçu üçün vacib turnirdir. Burda iştirak etdiyim, rekordlar qırdığım üçün şadam. Bu turnirdə oynamaq çox xoş idi. Bilmək olmaz, bəlkə, yenə qayıtdım”.

Ronaldo Çempionlar Liqasında 183 oyunda 140 qol vurub.