“Ronaldonu tənqid edəndə bütün dünya səndən danışacaq”

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo özünün yutub kanalında yeni video yayımlayıb.

Futbolpress.az xəbər verir ki. o, keçmiş komanda yoldaşı Rio Ferdinandla söhbətində çoxlu tənqid olunması haqda fikirlərini bölüşüb:

“Tənqid etmək tərifləməkdən daha asandır. Mətbuatın necə işlədiyini bilirik. Yaxşı danışsan, baxılmır. Gərək tənqid edəsən ki, hamı oxusun. Ronaldonu tənqid edəndə bütün dünya səndən danışacaq. Çünki populyar insanam”.