Ronaldodan dünya rekordu

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Futbolpress.az xəbər verir ki, forvard İrlandiya ilə beynəlxalq yoldaşlıq görüşündə meydana çıxıb. Bu, onun peşəkar səviyyədə 1226-cı oyunu olub.

Ronaldo matç sayında rekordçu keçmiş qolkiper Rocerio Cenini qabaqlayıb (1225).

Ronaldo İrlandiya ilə matçda iki qol vurub. Görüş portuqalların qələbəsiylə başa çatıb – 3:0.