Ronaldo tarixə düşdü

“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl İttihad”ı məğlub edib – 4:2.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo görüşdə iki qolla yadda qalıb.

“Əl Nəsr”in forvardı bununla da qollarının sayını 35-ə çatdırıb və Səudiyyə Ərəbistanında bir mövsümdə ən çox qol vuran hücumçu adını qazanıb.

Ronaldo eyni zamanda 4 fərqli ölkədə bir mövsümdə ən çox qol vuran oyunçu adını qazanan birinci futbolçu olub. O, daha əvvəl “Real”la La Liqada, “Yuventus”la İtaliyada və “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasında bombardir olub.