Ronaldo: “Sportinq”ə qayıtmaq fikrində deyiləm”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo müsahibə verib.

Futbolpress.az xəbər verir ki, bu gün 40 yaşını tamamlayan portuqaliyalı ulduz “Sportinq”ə mümkün geridönüşüylə bağlı sualı belə cavablandırıb:

“Sportinq”in oyunlarına baxmağı sevirəm, onlar mənim komandamdır. Amma oynamaq üçün ora qayıtmaq fikrində deyiləm. Məncə mənasızdır. Əlbəttə, mənim ölkəm Portuqaliyadır, amma hər şeyin öz vaxtı və həddi var”.

Xatırladaq ki, Ronaldo “Sportinq”in yetirməsidir.