“Mançester Yunayted”in sabiq hücumçusu Teddi Şerinqem “Əl Nəsr”in oyunçusu Kriştiano Ronaldo haqda danışıb.
Futbolpress.az xəbər verir ki, Teddi 40 yaşlı portuqaliyalı hücumçunun karyerası ilə bağlı fikirlərini belə şərh edib:
“Ronaldo nümunədir. Kriştiano bədənindən maksimum yararlanır. O, sərhədləri aşan real fenomendir. Əgər Ronaldo özünü ən yaxşı adlandırırsa, deməli o, ən yaxşısıdır”.
Xatırladaq ki, Kriştiano 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı çempionatında “Əl Nəsr” komandasında çıxış edir. Hücumçu bu mövsüm çempionatda 19 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürməyə imza atıb.