Ronaldo qollarını sıralayır

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Əl Vehda” ilə qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 2:0.

Ronaldo bu görüşdə ikinci qolun müəllifi olub. Penaltidən fərqlənən hücumçu karyerasındakı qolların sayını 903-ə çatdırıb.

“Əl Nəsr” çempionatda 11 xalla 2-ci sıradadır.