Ronaldo qoldan doymur

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Əl Oruba” ilə qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 3:0.

“Əl Nəsr”də Sadio Mane dubl edib, Kriştiano Ronaldo isə bir qol vurub.

Komanda çempionatda 6 turdan sonr 14 xalla 3-cü sıradadır.