Ronaldo qol vurdu, “Əl Nəsr” 1/4 finala yüksəldi

“Əl Nəsr” Asiya Çempionlar Liqasında 1/8 finalın cavab görüşündə “İstiqlal”la (İran) qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, görüş “Əl Nəsr”in 3:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Con Duran (2) və Kriştiano Ronaldo vurub.

“Əl Nəsr”in növbəti turdakı rəqibi hələ məlum deyil.