Ronaldo qərarını verdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerası ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, 40yaşlı futbolçu “Əl Nəsr”də qalacaq. O, bu barədə insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bildirib.

Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini uzadacaq.

Portuqaliyalı futbolçu başa çatan mövsümdə Pro Liqada 30 oyunda 25 qol vurub.