Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Avro-2024-dəki uğursuz çıxışı haqda danışıb.
Futbolpress.az xəbər verir ki, forvard Sloveniya ilə görüşdə penaltidən yararlana bilmədiyi üçün ağladığını söyləyib:
“Penaltini vura bilməyəndə ağladım. Oblak həmin gün əla seyv etdi, amma mənim reaksiyam da yaxşı olmamışdı. Özüm qol vura bilmədiyim üçün yox, komandam təhlükəli vəziyyət düşə biləcəyinə görə narahat olurdum.
Ardıcıl uğurlu 27 penaltidən sonra belə turnirdə qol vura bilməyəndə pis hiss edirsən. Buna görə ağladım. Bütün stadionu, azarkeşləri, xüsusən də, ailəmi gözümün önünə gətirdim və kədərləndim”.
Portuqaliya yığması Avro-2024-də 1/4 finalda Fransaya məğlub olaraq mübarizəni dayandırıb. Ronaldo turnirdə qol vura bilməyib.