“Əl İttihad”ın hücumçusu Kərim Benzema keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun özünü tarixin ən yaxşısı hesab etməsinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, fransalı futbolçu “Real”da birlikdə oynadığı portuqaliyalının fikirlərini belə şərh edib:
“Hər kəs istədiyini deməkdə azaddır. Ronaldo özünü tarixin ən yaxşısı hesab edirsə, deməli, onun üçün belədir. Məsələn, mənim üçün ən yaxşısı braziliyalı Ronaldodur”.
Ronaldo hazırda “Əl Nəsr”də çıxış edir. Benzema və Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 16 qolla şərikli bombardirdir.