Ronaldo oynadı, komandası bir xal qazandı

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Əl Əhli” ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Matçda birinci qolu qonaqların yarımmüdafiəçisi Frank Kessye vurub. “Əl Nəsr”in bərabərlik qoluna isə 90+11-ci dəqiqədə “Əl Əhli”nin oyunçusu Əl Hurayyi avtoqolla imza atıb.

Ronaldo görüşə start heyətdə çıxıb və sona qədər oynayıb.

“Əl Nəsr” 3 turdan sonra 5 xalla 6-cı sıradadır.