Ronaldo: “Ola bilsin, karyeramı “Əl Nəsr”də bitirdim”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirəcəyi vaxtla bağlı sualı cavablandırıb.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı futbolçu hələ qərarını vermədiyini deyib:

“Nə vaxt karyeramı bitirəcəyimi bilmirəm. Yəqin, 2-3 ildən sonra. Amma ola bilsin, “Əl Nəsr”də karyeramı bitirdim. Bu klubda xoşbəxtəm və Səudiyyə Ərəbistanında özümü yaxşı hiss edirəm. Hələ oynamağa davam etmək istəyirəm”.

Ronaldo 2023-cü ilin dekabrından “Əl Nəsr”də forma geyinir. O, 44 oyunda 44 qol vurub, 13 məhsuldar ötürmə edib.