Kriştiano Ronaldo oğlu Junior ilə birlikdə oynamaq istəyir.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu yutub kanalında bloqer Mister Bist ilə söhbətində bu haqda danışıb:
Bist: Basketbolda Lebron Ceyms oğlu ilə birlikdə bir komandada oynayır. Bəs siz futbolda bunu etmək istəyirsiniz?
Ronaldo: Bəlkə, indi 14 yaşı var. Görək, necə olacaq.
Bist: Bəlkə, 17 yaşına çatanda oynaya bilərsiniz. Bununçün isə daha 3 il oynamalısınız.
Ronaldo: Görək onda ayaqlarım necə hiss edəcək.