Ronaldo: “MY-in sahibi olsaydım, orada pis olduğunu düşündüyüm şeyləri düzəldərdim”

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo, əgər bir gün “Mançester Yunayted”in sahibi olarsa, Ser Cim Ratklif və Qlazer ailəsindən fərqli hərəkət edəcəyinə işarə edib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabjq ulduzu cümə günü Dubayda keçirilən “Globe Soccer Awards” mərasimindəki çıxışında bu barədə danışıb:

“Premyer Liqa dünyanın ən çətin liqasıdır. Bütün komandalar yaxşıdır, bütün komandalar mübarizə aparır, bütün komandalar qaçır, bütün oyunçular güclüdür. İndi futbol fərqlidir. Artıq asan matçlar yoxdur. Mən bunu il yarım əvvəl demişdim və deməyə davam edəcəyəm. Problem məşqçilərdə deyil. Bu, akvarium kimidir, balıqları içəridə saxlasan, xəstələnərsə, çıxarıb problemini həll edərsən, çənə qaytarsan, yenə xəstələnirlər. “Mançester Yunayted”də də eyni problem var. Həmişə menecer günahkar deyil. Bundan daha çox şey var. Əgər kluba sahib olsam, orada nəyin səhv olduğunu açıqlayıb, düzəldəcəm”.

Portuqaliyalı ulduz 2003/09 və 2021/23 illər ərzində Mançester təmsilçisinin heyətində çıxış edib.