Ronaldo müasir futbolun ən yaxşılarını açıqladı

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo müasir futbolun ən yaxşı oyunçularını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Give me Sport” portalına danışan portuqaliyalı hücumçu aşağıdakı futbolçuların adlarını açıqlayıb:

“Yəqin ki, özüm, Lionel Messi və Zinəddin Zidan “üçlük”də yer alardıq”.

Ronaldo bu mövsüm 33 oyunda 28 qol vurub, 4 məhsuldar ötürmə edib.