Ronaldo ilinə nə qədər qazanıb?

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2024-cü ildə ən çox maaş alan futbolçu olub.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı forvard bu il ərzində 285 milyon dollar qazanıb. Bunun 220 milyonu məvacibi, qalanı isə meydandan kənar gəlirlərdir.

İkinci sırada isə “İnter Mayami”nin hücumçusu Lionel Messidir. Argentinalı futbolçu bu il 135 milyon dollar qazanıb (60 milyon maaş, 75 milyon dollar meydandan kənar).