Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Futbolpress.az xəbər verir ki, o, yığma ilə beynəlxalq arenada rekord sayda – 132 qələbə əldə edib. Ronaldo buna görə mükafat alıb.

Bundan əvvəlki rekordçu 131 qələbə isə ispan müdafiəçi Serxio Ramos idi.

Portuqaliya millisi UEFA Millətlər Liqasının 1/4 finalında Danimarkaya qalib gəlib – 5:2.