Ronaldo finlərlə görüşdə olmayacaq

Portuqaliya millisi iyunun 4-də Finlandiya ilə yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, yığmanın hücumçusu Kriştiano Ronaldo bu görüşü buraxacaq. Bu barədə “O Jogo” nəşri məlumat yayıb.

“Əl Nəsr”də çıxış edən forvard çempionatın bitməsi ilə bir həftəlik məzuniyyətə çıxıb. O, bu səbəbdən finlərlə matçda iştirak etməyəcək.

Portuqaliya seçməsi sabah Finlandiya, 8 iyunda Xorvatiya və 11 iyunda İrlandiya ilə yoldaşlıq oyunu keçirəcək.