“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandadakı gələcək taleyi ilə bağlı danışıb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı forvard “Əl-Nəsr”i tərk etmək niyyətində olmadığını bildirib:
“Səudiyyə Ərəbistanında xoşbəxtəm, ailəm də xoşbəxtdir. Biz bu gözəl ölkədə yeni həyata başladıq. Çox çalışın, kluba hörmət edin, müqavilənizə hörmət edin, hər şeyin dəyişəcəyinə və “Əl-Nəsr”in daha çox titul qazanmağa çalışacağına inanın”.
39 yaşlı futbolçu 2023-cü ildən Səudiyyə Ərəbistan təmsilçisinin heyətində çıxış edir. Onun klubla sözləşməsi cari mövsümün sonuna qədərdir.