“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub rəhbərliyi ilə görüş keçirib.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisindəki karyerası ilə bağlı müzakirə aparıb. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Görüşdə əsas mövzu Ronaldonun yeni müqavilə şərtləri olub. İclasda Səudiyyə Ərəbistanı Turizm Nazirliyinin nümayəndələri də iştirak edib. Tərəflərin yaxın zamanda danışıqları müsbət sonlandıracağı gözlənilir.
Ronaldo 2023-cü ilin dekabrında “Əl Nəsr”ə keçib. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.
39 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubunda 73 oyunda 66 qol vurub.