Ronaldo “Əl Nəsr”də qalacaq, ancaq…

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”də qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini uzadacaq.

Portuqaliyalı futbolçunun Klublararası dünya çempionatında iştirak etmək üçün isə burda mübarizə aparan klublardan birinə icarəyə verilməsi variantı var.

39 yaşlı futbolçu başa çatan mövsümdə “Əl Nəsr”lə 41 oyunda 35 qol vurub.