Ronaldo “Əl Nəsr”də qalacaq

“Əl Nəsr” futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə Səudiyyə Ərəbistanı təmsilçisinin portuqaliyalı hücumçu ilə 2 illik müqavilə üçün razılaşdığı bildirilib.

40 yaşlı futbolçu 2023-cü ilin sonundan “Əl Nəsr”də çıxış edir. O, 99 oyunda 90 qol vurub, 19 məhsuldar ötürmə edib.