Portuqaliyalı hücumçu Kriştiano Ronaldo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı hücumçu millidəki planlarından danışıb:
“Özümü yaxşı hiss edirəm və oynamağa hazıram. Lakin DÇ-2026-da olacağımı hələ dəqiq bilmirəm. İndi anı yaşayıram və bundan həzz alıram. Qarşıda Millətlər Liqası var və uğur qazanmağa çalışacağıq”.
Ronaldo millidə 212 oyunda 130 qol vurub.