Ronaldo bu göstəricidə Messini qabaqlayır

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Vahab”la (6:0) görüşdə het-trik edib.

Futbolpress.az xəbər verir ki, bu, 39 yaşlı portuqaliyalı futbolçunun karyerasında 66-ci het-triki olub.

Ronaldo bu göstəricidə “İnter Mayami”nin futbolçusu Lionel Messini qabaqlayır.

Belə ki, onun aktivində 57 het-trik  var.