Ronaldo – 925!

Kriştiano Ronaldo karyerasında 925-ci qolunu vurub.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”in forvardı Səudiyyə Ərəbistanı liqasının XXII turunda “Əl-Vahda” ilə qarşılaşmada cinahdan ötürmədə baş zərbəsi ilə topu tora qovuşdurub. Portuqaliyalı bununla da futbolçu karyerası ərzində klub səviyyəsində 790-cı qolunu vurub. O, həmçinin millidə isə 135 qola imza atıb.

Qeyd edək ki, matç “Əl Nəsr”in 2:0 hesablı qələbəsiylə yekunlaşıb.