Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu Asiya Çempionlar Liqasının VII turunda Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Əl Vəsl” klubuna 4:0 hesabla qalib gəlib.
Futbolpress.az xəbər verir ki, hesabı 25-ci dəqiqədə Əli Əl-Həssan açıb. Kriştiano Ronaldo 44 və 78 (bunlar portuqaliyalının karyerasında 922-ci və 923-cü qollardır) və Əbdülhakim Əl-Fateel 88-ci dəqiqələrdə komandanın növbəti qollarını vurub.
Bu oyundan sonra “Əl Nəsr” Qərb Qrupunda 3-cü (16 xal), “Əl Vəsl” isə 5-ci yerdədir (11 xal).