Ronaldo 2 futbolçunu “Əl Nəsr”ə dəvət etdi

“Əl Nəsr”in futbolçusu Kriştiano Ronaldo iki futbolçunu Səudiyyə Ərəbistanı klubunda oynamağa dəvət edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, bunlar “Real”ın müdafiəçisi Naço və “Mançester Yunayted”in yarımmüdafiəçisi Karlos Kasemirodur.

Hər üç futbolçu “Real”da 5 il forma geyinib.

Naçonun “kral klubu” ilə müqaviləsinin müddəti başa çatıb. Kasemironun sözləşməsi isə 2026-ci ilin yayına qədərdir.