Ronaldo 10-cu dəfə finallarda məğlub olub

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunda “Əl Hilal”a uduzub – 1:4.

Futbolpress.az xəbər verir ki, bu, portuqaliyalı hücumçunun klub karyerasında məğlub olduğu 10-cu final olub. Ronaldo buna qədər 22 finaldan qalib ayrılıb.

“Əl Hilal”a məğlubiyyət həm də Ronaldonun “Əl Nəsr”dəki 8-ci məğlubiyyəti olub. Forvard 2022-ci ilin dekabrından komandada çıxış edir.