Ronaldinyonun oğlu İngiltərə klubunda

Braziliyalı keçmiş futbolçu Ronaldinyonun oğlu Joao Mendes “Barselona”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu “Bernli”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 2 illik müqavilə imzalanıb.

“Bernli” yeni mövsümdə İngiltərə Çempionşipində mübarizə aparacaq.