Braziliyalı keçmiş futbolçu Ronaldinyo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, sabiq oyunçu həbsdə olarkən Lionel Messinin ona etdiyi köməkdən danışıb:
“Messi məni həbsdən qurtardığında çətin vəziyyətdə idim. Pulum yox idi. Ona minnətdarlığımı bildirməkçün qonaq getdim və mənə “Barselona” forması verdi. Dedi ki, səninlə əlaqə saxlayacaqlar və bu formanı satarsan. Ertəsi gün danışanda dedim ki, formanı satmamışam və satmayacağam, o, mənə hədiyyədir. Buna baxmayaraq, bir şirkətdən hesabıma müəyyən məbləğdə pul köçürdülər. Səbəbini soruşanda, Messinin onlara eyni formadan göndərdiyini dedilər.
Gözlərim dolmuşdu. Xüsusilə, bir neçə şəxs tərəfindən aldadıldıqdan sonra belə jestləri unutmaq olmur. Messi təmiz qəlblidir və həyat hər zaman ona mükafatlar verəcək”.