Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Qauço onlayn kursa başlayır.
Futbolpress.az xəbər verir ki, braziliyalı ulduz dinamik şəkildə və jurnalist Fernanda Centillə birlikdə futbolda yaradıcılıq, üslub və texnikanın inkişafına yönəldilmiş video dərslər təqdim edəcək. Kommunikasiya departamentinə istinad edən mənbənin sözlərinə görə, kursda oyunla bağlı nəşr olunmamış texnika və biliklər təqdim olunacaq.
Ronaldinyo kursu onlarla kamera ilə lentə alıb və ona 400-dən çox peşəkar kömək edib.