Romao “Dinamo” ilə oyunda meydana çıxa bilər

“Qarabağ”ın futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo”ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxa bilər.

Futbolpress.az xəbər verir ki, passivində 3 sarı vərəqə olan braziliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.

Belə ki, UEFA-nın yeni qaydalarına əsasən, Romaonun təsnifat mərhələlərində aldığı sarı vərəqələrdən biri silinib və hazırda Romaonun passivində 2 “sarı” var.

Avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” oyununa saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk görüşdə xorvatlar qələbə qazanıb – 3:0.