“Roma”nın futbolçusu Hussem Auar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Əl İttihad”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı əlcəzairli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
“Lion”un yetirməsi olan Hussem 2017-2023-cü illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib. O, 2023-cü ilin yayında “Roma”ya keçib.