“Roma”dan ayrılacağı gözlənilən Rik Karsdorp karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” 29 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Rikin yaxın günlərdə “Roma” ilə müqaviləsini ləğv edəcəyi gözlənilir.
“Beşiktaş” niderlandlı müdafiəçi ilə danışıqları davam etdirir.
Karsdorp 2017-ci ildən “Roma”da çıxış edir.