“Roma”nı “Milan”a dəyişdi

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Roma”dan hücumçu Temmi Abrahamı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis hücumçu mövsümün sonuna kimi “Milan”ın formasını geyinəcək.

26 yaşlı hücumçu “Roma”da 120 oyunda 37 qol vurub.