Roman Qriqorçuk: “Qələbə olmayanda neqativ məqamlar yaranır”

Azərbaycan Premyer Liqasının II turunun Səbail” – “Neftçi” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

–  İlk hissədə daha çox qol vura bilərdik, amma imkanlardan istifadə edə bilmədik. Bu oyuna görə heç bir futbolçumu günahlandıra bilmərəm. Bütün futbolçular mübarizə aparır, bacardıqlarının ən yaxşısını edirdi. Təbii ki, qalib gəlmək üçün qol vurmaq lazımdır.

–   Oyundan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Orda daha dəqiq nə baş verdi?

–   Şübhəsiz ki, “Neftçi” qələbələr qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda artıq neqativ məqamlar yaranır. Azarkeşlərlə oyunçular arasındakı mübahisənin niyə yarandığını bilmədim, çünki epizoda uzaq idim. Düşünmürəm ki, hansısa səbəb var ki, oyunçulara belə irad bildirilsin. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Ümumən isə hansısa futbolçum azarkeşə artıq söz deyirsə belə, onlara haqq qazandırmaram. 

–  Niyə Kilan Lebon start heyətində meydana çıxmadı?

–   Mən deməzdim ki, Lebondan əvvəl başqa cür oynayırdıq, ondan sonra başqa cür oyun alındı. Lebon təlim-məşq toplanışına gec qoşuldu. Düşümürəm ki, əsas heyətdə olsaydı, öz istədiyini göstərə bilməyəcəkdi. O, meydana daxil olandan sonra çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.

– Növbəti tur hər hansı uğursuz nəticə əldə edilsə, düşünmürsünüz ki, azarkeşlər futbolçular əvəzinə sizi tribunaya çağırsınlar?

–  Mən azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. Bəli, “Qarabağ” çox güclü komandadır. Oynanılan oyun və nəticələr bunu göstərir. Niyə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? “Qarabağ” çempionatda ən güclü komandadır.

–  Ervin Koffini hansısa cəza gözləyirmi?

–  Mən bilmirəm orada nə baş verib. Heç nə eşitməmişəm. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə etməlidir? Başını aşağı salıb getməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. Əgər istedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında normal münasibət olmalıdır. Ancaq ümumən danışsaq “Neftçi” bir klub bu azarkeşlərə qələbə qazandırmalıdır.

Fərrux Həsənli